Məni Yüksəlt: İtaliya Üsulu Tiramisu Resepti
Yemək Haqqında:
İtaliya mətbəxindən Desert resepti.
O, artıq saxta versiyaları ilə mətbəximizə daxil olsa da, onun tarixi çox da qədim sayılmır. İtalyanca "məni yüksəlt" və ya "məni sevindit" mənasını verən bu desert 1960-cı illərdən İtaliyada hazırlanıb.Orjinalının tərkibində konyak olan və qəhvə, kakao və pendirin inanılmaz harmoniyasına ev sahibliyi edən bu gözəl desertin afrodizyak ( sevginin dərmanı) təsiri olduğuna inanılır.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 paket kedi dili peçenyesi1/2 litr süd
1.5 stəkan şəkər
2 xörək qaşığı un
200 qram mascarpone pendiri
2 ədəd yumurta sarısı
1 stəkan espresso
1 xörək qaşığından artıq kakao
Hazırlanma qaydası:
Süd, yumurta sarısı,un və şəkər tozunu qazana əlavə edib orta istilikdə bişirin.
(Qatı pudinq olacaq bu qarışığı tez-tez qarışdırmağı unutmayın.)
Qaynadıqdan sonra ocağı söndürün və otaq temperaturunda soyuduqdan sonra labne və ya maskarpone pendirini əlavə edib yaxşıca çalın. Kedi dili peçenyelərinizi hazırladığınız və soyutduğunuz espressoya (yaxud filtre qəhvə və ya dənəvər qəhvə də ola bilər) batırıb şüşə qaba (borcama) düzün.
Üzərinə hazırladığınız kremi çəkin və yenidən bir qat isladılmış peçenyeni düzün. Qalan kremi də çəkib üstünə kakao səpin və soyuducuya yerləşdirin.
Soyuduqdan sonra sevdiklərinizlə bölüşə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz