Azərbaycancaaz
Mir.az » Resept » Hər Dişləmədə Sürpriz: Hind Lokumu Resepti

Hər Dişləmədə Sürpriz: Hind Lokumu Resepti

37
asan resept,asan yemək resept,sadə resept
1515 calories, 15 grams fat
Hər Dişləmədə Sürpriz: Hind Lokumu Resepti

Yemək Haqqında:

Hindistan mətbəxindən Desert resepti.
Kokosun gözəlliyinə doyuracaq və bildiyinizdən çox fərqli gözəlliyi ilə görənləri valeh edəcək lokum reseptimiz var! Cəmi 5 inqrediyentlə qısa zamanda hazırlanan hind lokumu resepti fərqli reseptlər axtaranlar üçün idealdır. Yumşaqlığı ,südlü dadı və içərisində turş sürprizi ilə hər yaşda insanın sevərək yediyi qəlyanaltıdır. Əsl adı “Laddu” olan bu hind desertini bir neçə kiçik dəyişiklik edərək öz zövqümüzə uyğunlaşdırdıq.
İçərisinə istədiyiniz inqrediyenti: meyvəni,fındıq və ya şokolad parçasını qoya bilərsiniz. Lokumları içinə heç nə qoymadan kənarını şokolada batırmaqla da hazırlaya bilərsiniz. Qalanı tamamilə sizin zövqünüzdən asılıdır!

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 1 xörək qaşığı kərə yağı
  • 1 stəkan Hindistan cəvizi tozu (kokos)
  • 1/2 su şüşəsi süd
  • 1 xörək qaşığı qarğıdalı nişastası
  • 1/2 su şüşəsi şəkər tozu
  • 15 ədəd albalı
  • 2 xörək qaşığı Hindistan cəvizi tozu (kokos)(bulamaq üçün)

Hazırlanma qaydası:

Kərə yağını tavada əridin və Hndistan cəvizi tozunu əlavə edib 1-2 dəqiqə qovurun.
Üzərinə süd və nişastanı əlavə edib daim qarışdırın. Ən sonda şəkər tozunu əlavə edin və aşağı istilikdə 5-6 dəqiqə qarışdıraraq bişirin.Bütün şəkərin əriməsi və südü çəkməsi lazımdır.
Qatılaşdırılmış qarışığı sobadan götürün və soyuması üçün kənara qoyun.
Albalıların çəyirdəyini deşərək çıxarın. Bir xörək qaşığı məhlulu ovucunuzda hamarlayın və ortasına bir ədəd albalı qoyub ovucunuzu diqqətlə bağlayaraq yumrulayın.
Lokumları Hindistan cəvizi tozuna buladıqdan sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz