Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 3 İnqrediyentlə : Şokolad Souslu Lokum Resepti

Cəmi 3 İnqrediyentlə : Şokolad Souslu Lokum Resepti

91
asan resept,asan yemək resept,sadə resept
253 calories, 25 grams fat
Cəmi 3 İnqrediyentlə : Şokolad Souslu Lokum Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Şirin istəklərinizi həll edəcək, çay və qəhvənizi müşayiət edəcək dadlı reseptimiz var.Üstəlik, cəmi 3 inqrediyentlə hazırlaya biləcəyiniz bu şokoladlı,souslu desert hər dişləmənizdə sizi valeh edecek. Tərkibində yalnız qaymaq, süd və kokos olan və hazırlanması çox asan olan bu ləzzətli deserti hazırlayıb soyuducunuzda saxlayaraq özünüzü mükafatlandıra bilərsiniz.
Mir.az şokolad souslu lokum reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

25 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

3 dəqiqə

Tərkibi:

1 stəkan soyuq süd
4 stəkan kokos
1 paket krem şanti

Sous üçün:
1/2 paket hazır şokolad sousu
1 stəkan süd

Hazırlanma qaydası:

Krem şantini və soyuq südü mikserin köməyi ilə köpüklənib krem halına gələnə qədər çalın. Üzərinə 4 stəkan kokos əlavə edib qarışdırın və 10 dəqiqə soyuducuda saxlayın.
Bu vaxt süd və hazır şokolad sousunu qaba töküb qarışdırın və ocağı yandırın.Davamlı qarışdıraraq bişirin. Qaynayanda kənara qoyun və soyumasını gözləyin.
Hazırladığınız qarışığıdan əlinizlə toplar düzəldin. Üzərinə hazırladığınız şokoladlı sousu töküb çay və ya qəhvənin yanında süfrəyə verin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz