Azərbaycancaaz
Mir.az » Resept » Ləzzəti Ədviyyatlardan: Ətli Spagetti Resepti

Ləzzəti Ədviyyatlardan: Ətli Spagetti Resepti

54
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Ləzzəti Ədviyyatlardan: Ətli Spagetti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Əgər həyat qurtaran yeməklərin siyahısını sıralasaq, şübhəsiz ki, makaron daha yüksək yer tutacaq. Qaymaqlı, ispanaqlı, sobaya verilmiş halı,qaynadılmış və.s. İçinə nə atsanız yaraşır, necə bişirsəniz dadlı olur. Hər kəsin cibinə uyğundur. Amma desək ki, ən çox seviləni hansıdır ? Şübhəsiz ki , tomat pastası və qiyməli olandır.
Çətin anlarda köməyinizə çatan və ləzzətli anların əsas qəhrəmanı olan ətli makaronlara bir neçə xırda toxunuşlar etdik. Biz qaynar suya dad verdik və sousa çoxlu ədviyyatlar əlavə etdik. Sizdə hazırlamağa nə deyirsiz?

* Ədviyyatın miqdarını istədiyiniz kimi artıra və ya azalda bilərsiniz.
* Makaronunuzun bişmə suyuna əlavə etdiyiniz müxtəlif ədviyyatlar makaronunuzu daha ətirli və dadlı edəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 1 paket spagetti makaron
  • 2,5 stəkan su
  • 1 çay qaşığı duz
  • 3-4 ədəd qara bibər toxumları
  • 1 xörək qaşığı zeytun yağı

  • Sous üçün:
  • 200 qram çəkilmiş mal əti
  • 1 diş sarımsaq
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı bibər pastası
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığ acı bibər tozu
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 çay qaşığı quru nanə
  • 1 çay qaşığı hil

  • Üzəri üçün:
  • 2 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Suyu dərin bir qazana töküb içərisinə qara bibər toxumları, duz və zeytun yağı əlavə edib qaynamağa qoyun.
Su qaynayanda makaronu suya atıb qablaşdırmanın üzərindəki təlimata uyğun bişirin.
Bişdikdən sonra qara bibər toxumlarını çıxarıb süzün.
Tavaya zeytun yağı, sarımsaq və qiyməni əlavə edin. Qiymə suyunu buraxana qədər bişirin.
Suyu çəkildikdə bütün ədviyyatları, tomat pastası və duzu əlavə edib ocaqdan götürün.
Qiyməni makaron ilə birləşdirib üzərinə daha da dadlı olması üçün zeytun yağı əlavə edib qarışdırın. İsti halda servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz