Azərbaycancaaz
Mir.az » Resept » Rəqibi Mocha :Qəhvəli İsti Şokolad Resepti

Rəqibi Mocha :Qəhvəli İsti Şokolad Resepti

34
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Rəqibi Mocha :Qəhvəli İsti Şokolad Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən İsti şokolad resepti.
Bütün günün yorğunluğunu atmaq üçün ən rahat kresloda oturdun, televizoru yandırdın... İndi dincəlməyə hazırsınızmı? Biz belə düşünmürük! Çünki qış axşamlarının ən rahat anı şübhəsiz ki, isti şokoladla sona çatır.
Bu dəfə qəhvənin şokoladlısı yerinə isti şokoladın qəhvəlisini dadmağa nə deyirsiniz? İsti şokoladınızı qəhvə ilə zənginləşdirmək istəyərdinizmi?
Odur ki, buyurun Mir.az qəhvəli isti şokolad reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 2 stəkan süd
  • 1/2 qutu qaymaq
  • 1 xörək qaşığı kakao
  • 1 çay qaşığı dənəvər qəhvə (granül qəhvə)
  • 50 qram südlü şokolad
  • 1 xörək qaşığı şəkər tozu (zövqə görə)

Hazırlanma qaydası:

Qaymaq və südü qazançaya tökün. Üzərinə dənəvər qəhvə və kakaonu əlavə edib qarışığı qaynadın. (Süd və qaymağı çox qaynadsanız, şokolad əriyəndə yağlı görünəcək.Bu səbəbdən kənarları köpürən qarışığı ocaqdan götürüb şokoladı qarışdırıb əridin.)
Qaynayan qaymaqlı süd qarışığını ocaqdan götürün və içindəki şokoladı qarışdıraraq əridin.
İsti şokolad hazırdır. Zövqə görə fincanlara tökdükdən sonra marshmallow ( zefir ) ilə servis edə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz