Azərbaycancaaz
Mir.az » Resept » Bişməyən Tort : Qarğıdalı Lopası Tortu Resepti

Bişməyən Tort : Qarğıdalı Lopası Tortu Resepti

44
asan resept,asan yemək resept,sadə resept
5 calories, 5 grams fat
Bişməyən Tort : Qarğıdalı Lopası Tortu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Səhər yeməyi süfrələrinin əvəzolunmazı olan qarğıdalı lopası süd ilə birlikdə istifadə edilir. Lif dəyəri yüksək olduğu üçün qarğıdalı lopası xüsusilə pəhriz siyahılarında da tez-tez yer alır. Ümumiyyətlə sadə bir şəkildə istifadə edilsə də, peçenye və keks kimi şirniyyatların içərisində də istifadə edilir. Mir.az həm asan hazırlanan, həm də ləzzətli bişməyən qarğıdalı lopası tortunun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

125 ml qaymaq
250 qram bittər şokolad
500 qram qarğıdalı lopası
1/2 stəkan fındıq ləpəsi
8-10 ədəd marshmallow

Hazırlanma qaydası:

Bir qabda qaymağı isidib ocaqdan götürün.
İsti qaymağa bittər şokoladı əlavə edib əriməsi üçün yaxşıca qarışdırın.
Dərin bir qabda qarğıdalı lopasıyla fındıq ləpəsini qarışdırıb üzərinə qaymaqlı şokoladı əlavə edib qarışdırmağa davam edin.
Geniş bir kasaya streç sellofan sərib hazırladığınız qarışığın yarısını kasaya əlavə edin və orta hissəsinə 8-10 ədəd marshmallow yerləşdirin. Qalan qarışığı isə üzərinə boşaldın.
Streç sellofanla örtdüyünüz tortu soyuducuya yerləşdirin.
Süfrəyə verdikdə boşqaba çevirib sellofanı çıxarın.
Zövqə görə porsionluq etmək üçün kiçik kasalarda hazırlaya bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz