Bu Ləzzət Sevimliniz Olacaq: Zeytun Yağlı Kabaçki Məzə Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Bu ləzzət sizin sevimli ləzzətiniz, qəfil gələn qonağın xilaskarı olacaq... Zeytun yağlı kabaçki qəlyanaltısı resepti sizi mətbəxdə salamlayır.İndidən uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
3 ədəd kabaçki1 ədəd soğan
1 ədəd kök
2 diş sarımsaq
1 kasa süzmə qatıq
1/2 çay fincanı maye yağ
1 çay qaşığı duz
Üzəri üçün:
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı qırmızı toz bibər
Hazırlanma qaydası:
Soğanları doğrayıb qızardın.Üzərinə incə doğranmış kökü əlavə edib qovurun.
Kabaçkini soymadan yuyun və yarım ay formasında kəsib soğan və kökün üzərinə əlavə edin.
Kabaçki və kök yumşaq olduqda servis boşqabına qoyun və üzərinə sarımsaqla hazırladığınız qatığı tökün.
Qırmızı bibər tozunu zeytun yağında qızardın və qatığın üstünə töküb servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz