Azərbaycancaaz
Mir.az » Resept » Qızartmadan Ən Asan Variantı ilə: Badımcan Dolması Resepti

Qızartmadan Ən Asan Variantı ilə: Badımcan Dolması Resepti

165
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Qızartmadan Ən Asan Variantı ilə: Badımcan Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Badımcanın istifadə edildiyi reseptlərdə ümumiyyətlə qovrulmuş və qızardılmış formalara üstünlük verilir. Bu dəfə isə ən yüngül formada hazırlamaq üçün qollarımızı çırmadıq.
Bu reseptdəki köməkçimiz tosterdir! Badımcanların acısını aldıqdan sonra tosterdə yumşalana qədər bişirin. Sonra süzmə qatıq və labne məhlulu ilə bir araya gətirin. Nəticədə dadı damaqlardan getməyəcək bir ləzzət əldə edəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 ədəd kəmər badımcan (dilimlənmiş)
2 xörək qaşığı zeytun yağı
1 kasa süzmə qatıq
3 xörək qaşığı labne
2 diş sarımsaq (əzilmiş)
1 çay qaşığı quru nanə
1/4 dəstə şüyüd

Üzəri üçün:
5 ədəd xırda pomidor (ikiyə bölünmüş)
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı nar şərab
1 çimdik şüyüd

Hazırlanma qaydası:

Badımcanları lay-lay doğrayın və duzlu suda isladın.
Acı suyu getdikdən sonra suyu boşaldın və mətbəx dəsmalı ilə qurulayın.
Tosteri ən yüksək dərəcəyə qoyun və qızmasını gözləyin.
Badımcan dilimlərini qızdırılan tosterə qoyun və üzərinə zeytun yağı çəkib 10 dəqiqə bişirin.
Bir qaba süzmə qatıq, labne, sarımsaq, nanə, şüyüd və duz əlavə edin və blenderdən keçirin. Bişmiş badımcanların uclarına hazırladığınız qatıqlı məhluldan əlavə edin və rulon formasında bükün.
Üzərlərinə şüyüd və xırda pomidor qoyub,zeytun yağı və nar şərab səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz