Azərbaycancaaz
Mir.az » Resept » Toyuq ləvəngisi resepti və hazırlanma qaydası

Toyuq ləvəngisi resepti və hazırlanma qaydası

333
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Toyuq ləvəngisi resepti və hazırlanma qaydası

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Toyuq yeməyi resepti.
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

Tərkibi:
1 toyuq
4 baş soğan
200 qram qoz ləpəsi
2 xörək qaşığı alça turşusu duz

Hazırlanma qaydası:

Soğan təmizlənib ətçəkən maşından keçirilir, üzərinə ət maşınından keçirilmiş qoz ləpəsi, isladılmış turşu, duz və istiot əlavə edilərək qarışdırılır. İstiot bol vurulsa, daha yaxşı olar.

Sonra toyuq təmizlənir, yuyulduqdan sonra istiotlanır və duzlanır. Toyuğun içərisinə və bayır tərəfınə alça turşusu çəkilir. Bundan sonra toyuğun içərisinə ləvəngi yığılır. İçi doldurulmuş toyuğu qızdırıcı sobada və ya təndirdə hər iki üzü qızarana qədər bişirirlər.

Ləvəngi süfrəyə verilən zaman onu göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar.

Toyuq ləvəngisi resepti və hazırlanma qaydası

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz