Azərbaycancaaz
Mir.az » Resept » Kartof pirojnası resepti - Hazırlanma qaydası

Kartof pirojnası resepti - Hazırlanma qaydası

46
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Kartof pirojnası resepti - Hazırlanma qaydası

Yemək Haqqında:

Türkiyə mətbəxindən Keks resepti.
Pirojna dedikdə ağlınıza şokoladlı və vanilli şirin və ya şirin tortlar gəlir. Ancaq bu dəfə bildiyiniz bütün pirojnaları unutduracaq reseptlə sizlərləyik. Masalarınızda vizual ziyafət yaradacaq kartof pirojnası necə hazırlanır? Resept və inqrediyentlər aşağıdadır…

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 3 yumurta
  • 1 stəkan qatıq
  • 1 stəkan yağ
  • 1 soğan
  • 3 kartof
  • Bəyaz pendir
  • Yarım dəstə cəfəri
  • 2 çay qaşığı paprika
  • 1 çay qaşığı qara bibər
  • 1 çay qaşığı duz
  • 1 paket qabartma tozu
  • 2 stəkan un
  • Üzərinə küncüt

Hazırlanma qaydası:

Əvvəlcə kartofu yaxşıca yuyub soyun.

Sonra kiçik kublara bölün..

Soğan və cəfərini xırda doğrayın.

Yumurtaları mikserlə çalın və üzərinə qatıq, yağ, pendir, qara bibər, paprika və duz əlavə edib qarışdırın.

Qarışığa doğranmış kartof, soğan və cəfəri əlavə edin və yenidən qarışdırın.

Ən son qabartma tozunu və unu əlavə edin.

Soba qabını yağlayın və qarışığı oraya tökün.

Üzərinə küncüt səpib əvvəlcədən isidilmiş 180 dərəcə sobada qızılı rəng alana qədər bişirin.

Nuş olsun.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz