Azərbaycancaaz
Mir.az » Kitablar » Nəsibə Günəş "Vətənsiz avropalılar" PDF

Nəsibə Günəş "Vətənsiz avropalılar" PDF

Nəsibə Günəş "Vətənsiz avropalılar" PDF
  • Reytinq: 2
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər
...Nədənsə, bilmirəm, elə oldu ki, biz bu dünyaya kasıb doğulduq. Yəni kasıb bir ailədə, halal çörəyini alnının təri ilə qazanan insanların övladları kimi gəldik dünyaya. Bu, əlbəttə, başqa cür də ola bilərdi, amma olmadı. Qismətimi¬zə kasıbçılıq düşdü. Di gəl ki, ağlımız kəsənə kimi, biz ka-sıbçılıqdan irəli gələn sıxıntıları o qədər də hiss eləmədik. Tələbatımız az olduğu üçün, ehtiyacımız da ödənə bilirdi. Dünyanın bolluğundan, zənginliyindən xəbərsiz böyüməy-imiz, uşaqlığımızın qayğısız, nəşə dolu keçməsinə səbəb oldu. Çevremizdeki uşaqların arasında ən ucuz səndəllə ən ucuz çit paltar geyindiyimiz halda, Allah verən yaraşığı¬mızla ən bahalı əyin-başı olanlardan daha gözəgəlimli olurduq həmişə. O illərimiz, heç bir şeyin fikrini çəkmədiy¬imiz, dünyanın hardan gəlib, hara getdiyinin fərqinə var¬madığımız ən qayğısız illərimiz oldu. Uzun ömür yolunun vur-tut beş-on ilini əhatə edən o əlçatmaz uşaqlıq illərimiz, bizdən uzaqlaşdıqca, bir əfsanəyə, bir nağıla döndü. Bu gün o günlərimiz bizdən o qədər uzaqdır ki, hərdən bu uzaqlıq insanda, bütün yaşanmışların gerçəkliyinə şübhə də oyadır. Həm nağıl qədər uzaq, həm də nağıl qədər şi¬rin xatirələrimiz, dünya malından bizə qalan yeganə sərvət oldu. O sərvətin bizim yaddaş xəzinəmizdə xüsusi yeri var, və nə qədər ki, yaddaşımız bizə vəfa edir, onlar orda əzizlənib saxlanacaq. Ən çətin günlərimdə mən o xatirələ¬rə sığınır, sanki o xatirələrdən güc alıram. Bəlkə də uzun ömrümün ən ürəyimcə yaşanmış hissəsidir, o illər...
Nəsibə Günəş "Vətənsiz avropalılar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz