İstədiklərin baş verməyəndə "Qismət beləymiş, Allah nəsib etmədi..." kimi ifadələr işlətmək qarşına dəfələrlə çıxan fürsətləri və imkanları görməzdən gəlməkdir. Bu yanaşma, Allahın səxavətini və zənginliyini kölgələməkdən başqa bir şey deyil.
Yaşadığımız həyat qarışıqlığında anın içində gizlənmiş zənginlik və gözəllikləri qaçırırıq. Əgər sən də anda qalmaqdansa, sabah ola biləcək şeylər üzərində fokuslanar və qarşına çıxan fürsətləri qaçırarsansa, bunun adı bəxtsizlik və ya qismətsizlik olmaz.
Etdiyin və ya edəcəyin seçimlər qədər uğurlu və ya uğursuz, bəxtəvər və ya bəxtsiz olarsan. Elə isə nə etdiyini bilərək hərəkət etmək, düzgün seçimlər etmək, gələcək qayğılarından qurtulmaq səni gözəl və uğurlu bir həyat qurmağa yönəldəcəkdir. Bütün bunları bilib köhnə davranışları təkrarlamağa davam etmək də bir seçimdir; həyatını və taleyini dəyişdirəcək yeni davranışlar göstərmək də.
Bu kitab indiyə qədər tale zənn etdiyin seçimləri necə dəyişdirəcəyinin yollarını göstərməklə kifayətlənməyəcək, həm də taleyinlə bir görüş təyin edərək yeni başlanğıcların təməlini qoyacaq. Olmaz dediklərin olacaq, bitməz dediklərin bitəcək.
Şərhlər 0
Şərh Yaz