Azərbaycancaaz
Mir.az » Kitablar » Dmitri Qluxovski "Metro 2033" PDF

Dmitri Qluxovski "Metro 2033" PDF

Dmitri Qluxovski "Metro 2033" PDF
  • Reytinq: 15
  • Şərhlər: 1
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.
Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına, dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir.
Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır. Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək, metroya sığınan insanları məhv edirlər.
Metroda stansiyalar kiçik dövlətlərə bölünüb. İdeologiyalar, dinlər, müxtəlif yaşama səbəblərinə görə bir araya gələn xalqlar formalaşıb. Duyğular öz yerini şübhələrə verib. Burada ancaq bir məqsəd var: nəyin bahasına olursa olsun, həyatda qalmaq.
Gənc Artyom tapşırıq alır ki, yaxınlaşan təhlükə barədə Moskva Metropoliteninin ürəyi sayılan “Polis” şəhərciyinə məlumat aparsın. Artıq metronun taleyi, bəlkə də bütün bəşəriyyətin taleyi Artyomun əlindədir…
Moskva metrosundakı sirri kəşf etməyə hazırsınızmı?
Dmitri Qluxovski "Metro 2033" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. A2Y
    A2Y
    Oxucu
    Metro 2034 və 2035-i yükləyə bilərsiz?
    2033-ün yeni nəşrini də yükləsəniz yaxşı olar

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar