Azərbaycancaaz
Mir.az » Kitablar » Erasmus "Dəliliyə Tərif" PDF

Erasmus "Dəliliyə Tərif" PDF

Erasmus "Dəliliyə Tərif" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Dəliliyə tərif” Erasmusun canlılığını, etibarlılığını və cazibədarlığını bu günə qədər dəyişmədən qoruya bilmiş yeganə əsəridir. Bu kiçik kitabın qaralamasını 1509-ci ilin yazında, İtaliyadan İngiltərəyə etdiyi səfər əsnasında yazan Erasmus, yazma işini İngiltərədə, dostu Tomas Morun evinə gəldikdən qısa bir müddət sonra reallaşdırdı; kitabı da Tomas Mora həsr etdi. Əsərini bir neçə gün kimi qısa müddətdə tamamlayan Erasmus, bu zaman heç bir kitabdan istifadə etməmişdir. Yumor növündə olan əsərdə iki əsas fikir hakimdir. Bunlardan birinə görə əsl müdriklik, dəlilikdir. O biri fikrə görə isə özünü müdrik sanmaq, əsl dəlilikdir. İnsana yer üzündə yaşamaq gücü qazandıran şey, əsl müdrik olmaq xüsusiyyətinə malik dəliliyin özüdür. Kitabda dəlilik (stultitia), öz özünü tərifləyir; bu əsnada uşaqlıqda və yaşlılıqda, eşqdə, evlilikdə və dostluqda, siyasətdə və döyüşdə, yazıda və elmdə dəliliyə hər zaman necə hakim olduğu göstərilir. “Dəliliyi danışdırma” adı altında Erasmus, çağının kilsəsinə və o kilsənin mənsublarına ən mərhəmətsiz tənqidləri yönəldir. Bu xüsusiyyətinə görə "Dəliliyə Tərif" əsəri illər boyunca fanatizmə qarşı qələmə alınmış ən mükəmməl şah əsərlərdən biri olmuşdur. Əsərin qələmə alınmasından sonrakı əsrlərdə -haqlı olaraq- düşüncə səviyyəsindəki fanatizmin hər cürünə yönələn tənqid deyə şərh edilmişdir, bu bəlkə də əsərin bu günə qədər dəyərini qorumağının əsas səbəbidir. Alimin həyatı haqqında yazılmış ən maraqlı kitab isə Stefan Zveiq tərəfindən qələmə alınmış “Rotterdamlı Erasmus - Zəfəri və Faciəsi” adlı əsərdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Erasmus "Dəliliyə Tərif" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar