Azərbaycancaaz
Mir.az » Resept » Tez Hazırlalan Şirniyayt - Pambıq Kimi Muffin Resepti

Tez Hazırlalan Şirniyayt - Pambıq Kimi Muffin Resepti

189
asan resept,asan yemək resept,sadə resept
216 calories, 2 grams fat
Tez Hazırlalan Şirniyayt - Pambıq Kimi Muffin Resepti

Yemək Haqqında:

Avropa mətbəxindən Şirniyyat resepti.
Çay və qəhvənin yanına tez hazırlanan pambıq kimi muffin hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

16 dəqiqə

Tərkibi:

1 ədəd yumurta
4 xörək qaşığı şəkər tozu
1 çay qaşığı süd
1 çay qaşığı duru yağ
5-6 xörək qaşığı un
1 paket qabartma tozu
1 paket vanil
bir ovuc üzüm qurusu
Üzəri üçün:
zövqə görə damla şokolad, doğranmış qoz ləpəsi,badam ləpəsi

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu köpüklənib ağarana qədər mikserlə çırpın. Üzərinə yağ və südü də əlavə edib qarışdırın. Ələnmiş un, qabartma tozu və vanili əlavə edib qarışdırın. Xəmirə bir az üzüm qurusu əlavə edib qarışdırın. Xəmiri muffin qəliblərinə boşluq qalmayacaq şəkildə doldurun. Xəmirlərin üzərinə zövqə görə damla şokolad, doğranmış qoz ləpəsi və badam ləpəsi səpib fritozda və ya əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Əgər airfyer-də bişirəcəksinizsə, “keks” rejimini seçib 160 dərəcədə 16 dəqiqədə bişirin. Bu reseptlə 9 ədəd muffin əldə edə bilərsiniz və istəyə görə inqrediyentləri artıra bilərsiniz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz