Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Damla Şokoladlı : Muffin Keks Resepti

Bu Dəfə Damla Şokoladlı : Muffin Keks Resepti

57
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Bu Dəfə Damla Şokoladlı : Muffin Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Evdə olan 1 ədəd yumurtayla çayın yanına dadlı muffin hazırlaya bilərsiniz. Dadına doyum olmayacaq.Həm görünüşü ,həm də dadı ağılları başdan alacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 stəkan un
2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı soda
3 xörək qaşığı kakao
1 stəkan şəkər tozu
1 stəkan damla şokolad
250 ml süd
1/2 stəkan duru yağ
1 ədəd yumurta
1 paket vanil
12 ədəd kağız muffin keks qəlibi

Hazırlanma qaydası:

Bir qabda un, şəkər tozu, qabartma tozu, soda,vanil və kakaonu qarışdırın.
Ayrı bir qabda yumurta, yağ və südü mikserlə çırpın. Quru məhlulları da əlavə edib yüngülcə qarışdırın. İçərisinə damla şokoladın yarısını əlavə edib yenidən qarışdırın.
Muffin qəlibinə kağızları yerləşdirin və hər bir keks qəlibinin 2/3-sini dolduracaq şəkildə xəmiri bölüşdürün. Qalan damla şokoladları da üzərinə səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz