Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Şənlənsin: Toyuq Filesindən Ləvəngi Ruleti Resepti

Damaqlar Şənlənsin: Toyuq Filesindən Ləvəngi Ruleti Resepti

333
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Damaqlar Şənlənsin: Toyuq Filesindən Ləvəngi Ruleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Toyuq filesindən ləvəngi ruleti özəl günlərinizdə həm dadıyla, həm də görünüşüylə süfrələrinizi bəzəyəcək. Mir.az dadlı ləvəngi ruletinin reseptini təqdim edir

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 4 ədəd toyuq filesi
  • 0,5 stəkan qatıq
  • Ağ reyhan tozu
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot

  • Ləvəngi üçün:
  • 3 ədəd iri baş soğan
  • 400 qr xırda doğranmış qoz
  • 4 xörək qaşığı alça və ya zoğal turşusu
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • Hazırlanma

Hazırlanma qaydası:

Toyuğun sinəsini eninə nazik kəsin. Daha sonra yuyub salfetlə qurulayın və üzərinə streç sellofan çəkib yüngül döyəcləyin. Bu qaydayla bütün fileləri döyəcləyib bir qaba qoyun. Üzərinə qatıq və ədviyyat əlavə edib 2-3 saatlıq soyuducuya yerləşdirin.
Ləvəngini hazırlamaq üçün soğanı ət maşınında çəkib tənzif arasında sıxın. Daha sonra soğanı az miqdarda duru yağda 3-4 dəqiqə yüngül qovurun. Bir qaba xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, turşu, duz və istiot əlavə edib qarışdırın. Daha sonra marinə olunmuş sinə ətinin birini götürüb içlikdən qoyub rulet kimi bükün. Bu qaydayla qalan ətləri də büküb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada bişirin.
Bişdikdən sonra iti bir bıçaqla dilimləyərək süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz