Azərbaycancaaz
Mir.az » Resept » Azərbaycanın Milli Mətbəxindən : Ləvəngi Plov Resepti

Azərbaycanın Milli Mətbəxindən : Ləvəngi Plov Resepti

514
asan resept,asan yemək resept,sadə resept
645 calories, 6 grams fat
Azərbaycanın Milli Mətbəxindən : Ləvəngi Plov Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
200 növü olan Azərbaycan plovu xalq arasında “Azərbaycan mətbəxinin Şahı” sayılır.Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma metodu və özünəməxsus dadı var. Bunlardan biri də Ləvəngi plovdur. Mir.az Azərbaycan milli mətbəxindən Ləvəngi plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 1 ədəd toyuq
  • 3 ədəd soğan
  • 1 stəkan qoz ləpəsi
  • 3 xörək qaşığı alça turşusu
  • 2 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

Hazırlanma qaydası:

İlk öncə soğanı ət maşınından keçirib, təmiz parçaya tökün və acı suyunu çıxarın.
Qozu qozçəkən maşından keçirib soğanla qarışdırıb üzərinə duz,istiot və turşu əlavə edib yenidən qarışdırmağa davam edin.
Bütöv toyuğun içərisinə və üstünü duzlayıb istiotlayın və turşu ilə turşulayın.
Hazır içliyi toyuğun içərisinə doldurun və içlik axmasın deyə toyuğun ayaqlarını bir-birinə keçirin.
Soba sinisini yağlayıb,1 stəkan su əlavə edib toyuğu yerləşdirin və əvvəlcədən 150 dərəcə qızdırılmış sobada tam bişənə qədər qızardın.
Düyünü adi qaydada hazırlayıb süfrəyə ləvəngi ilə birlikdə servis edin

NUŞ OLSUN 😋.



Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Aysel
    Qonaq Aysel
    Qonaq

    Siz hansı haqqla evdar.az saytının reseptlərini oğurlayıb öz reseptiniz kimi təqdim edirsiniz.?

Şərh Yaz