Azərbaycan Milli Mətbəxindən : Badımcan Ləvəngi Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Cənub bölgəmizin ləzzətli badımcan ləvəngisinin reseptini təqdim edirik. Sizdə hazırlayın və dadı ilə qonaqlarınızı heyran buraxın.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
60 dəqiqəTərkibi:
6 ədəd badımcan2 ədəd qırmızı soğan
300 qram qoz
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı sumaq (sumax)
Zövqə görə alça turşusu və ya palçıq turşusu
Hazırlanma qaydası:
Qozu çox xırda doğrayın.
Soğanı soyub təmizləyin və ət maşınından çəkib acı suyunu tənziflə sıxın. Daha sonra tavada soğanı az yağda yüngül qovurun.
Bir qaba xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, sumaq, duz və istiotu töküb yaxşıca qarışdırın. Zövqə görə alça turşusu və ya palçıq turşu əlavə edin.
Badımcanın arasını kəsib duzlayın ki ,acı suyu çıxsın. Daha sonra az yağda badımcanları yüngül hər tərəfli qızardın. Qızardılmış badımcanların içərisinə ləvəngi içliyi doldurun. Tavaya yağ əlavə edib doldurduğunuz badımcanları düzüb zəif odda bişirin. Və ya içliklə doldurulmuş badımcanları yağlanmış keramik və ya şüşə soba qabına düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat, daha sonra 100 dərəcəyə endirib badımcanların rəngi tündləşənədək bişirin.
Süfrəyə verdikdə yanında qarnir olaraq düyü verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz