Cənub Mətbəxindən : Çölmə Kabab Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Kabab resepti.
Çölmə kababı kənd toyuğundan, ördəkdən, çöl quşlarından hazırlanan, süfrəyə qazmaqlı plovla birlikdə verilən bir təamdır.Cənub mətbəxinin ən dadlı təamlarından biridir. Sizdə bayram süfrələrinizdə qonaqlarınızı dadı ilə təəccübləndirən çölmə kabab hazırlayın. Hamı dadına , aromasına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
160 dəqiqəTərkibi:
1 ədəd çöl ördəyi və ya kənd toyuğu400 qram qırmızı soğan və ya ağ soğan
3-4 çay qaşığı alça turşusu və ya palçıq turşusu
Duz
İstiot
2 stəkan su
1 xörək qaşığı yağ
Hazırlanma qaydası:
İlk öncə qozu ətçəkən maşından keçirin.
Ardı ilə soğanı da ətçəkən maşından keçirib tənzifin arasında suyunu sıxın.
Ləvəngini hazırlamaq üçün bir qaba suyu sıxılmış soğan, xırdalanmış qoz, alça turşusu, duz və istiot töküb yaxşıca qarışdırın.
Təmizlənmiş ördəyi bir neçə yerindən bıçaqla deşin. Ördəyi hər tərəfli, üst və iç hissəsini də duzlayıb istiotlayın. Alça turşusunu da yaxıb ördəyin iç hissəsinə ləvəngini doldurun.( Ləvəngidən 1 xörək qaşığı kənarda saxlayın.) Ləvəngiylə doldurduğunuz ördəyi mətbəx sapıyla tikin. Daha sonra qazanda saxladığınız ləvəngiyə 2 stəkan suy töküb qarışdırın. Üzərinə ördəyi yerləşdirib qapağı örtülmüş şəkildə 10 dəqiqə orta odda qaynadın. Qaynamağa başladıqda ocağı zəiflədib 2-2,5 saat bişirin. (Arabir qarışdırmağı unutmayın! )Bişməyini bıçaq batıraraq yoxlayın. Bişib suyu çəkildikdə 1 xörək qaşığı yağ əlavə edin. Yağa düşən çölmə kababını ocaqdan götürüb bütöv halda və ya tikələrə ayıraraq suyuyla birlikdə süfrəyə verə bilərsiniz.
İstəsəniz ördək kababının yanında süfrəyə qazmaqlı plov da verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz