Azərbaycancaaz
Mir.az » Resept » Həmişə Hazırlamaq İstəyəcəksiniz: Limonlu Bulud Keks Resepti

Həmişə Hazırlamaq İstəyəcəksiniz: Limonlu Bulud Keks Resepti

595
asan resept,asan yemək resept,sadə resept
635 calories, 6 grams fat
Həmişə Hazırlamaq İstəyəcəksiniz: Limonlu Bulud Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bu keks ləzzətli, qoxulu olduğu üçün dilim-dilimlə yeyiləcək qədər də yumşaq və dadlıdır. Bunun sirri qaymaq, qazlı su və yumurtadadır. Klassik keks qarışığında istifadə edilən şəkər tozu əvəzinə bu dəfə pudra şəkərdən istifadə edib daha ipək kimi edirik. Yenə digər tort reseptlərindən fərqli olaraq bu dəfə 3 yumurta deyil 4 yumurta istifadə edirik. Yumurtanın ağını və sarısını ayrı-ayrılıqda çalın.
Beləliklə, keksimiz bulud kimi yumşaq və qabarmış olur. Sınadığınız zaman bizimlə razılaşacaqsınız və yenidən cəhd etmək istəyəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
1.5 stəkan pudra şəkər
2 paket vanil
1 böyük ölçü limonun suyu
1 böyük ölçü limonun qabığı
1 paket qaymaq
1 stəkan maye yağ
1/2 stəkan qazlı su
1 paket qabartma tozu
3,5 - 4 stəkan un

Hazırlanma qaydası:

Yumurtanın sarısını və ağını ayırın.
Sarılarını yaxşıca çalın.Sonra şəkər tozunu əlavə edib çalmağa davam edin.
Qaymaq,limon suyu və qabığı, soda, yağ və vanili əlavə edib bütün inqrediyentləri yaxşıca qarışdırın.
Un və qabartma tozunu da əlavə edib qarışdırmağa davam edin.
Ayrılmış ağları ikiqat olana qədər çalın. Sonra spatulanın köməyi ilə digər qarışığa az-az töküb aşağıdan yuxarıya doğru qarışdırın.
Hazırladığınız keks xəmirini yağlanmış və unlanmış qəlibə töküb əvvəlcədən isidilmiş sobada 170 dərəcə 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb otaq temperaturunda olduqdan sonra süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN 😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz