Azərbaycancaaz
Mir.az » Resept » Latın Amerikasına səyahət: Chili Con Carne Resepti

Latın Amerikasına səyahət: Chili Con Carne Resepti

342
asan resept,asan yemək resept,sadə resept
6120 calories, 6 grams fat
Latın Amerikasına səyahət: Chili Con Carne Resepti

Yemək Haqqında:

Meksika mətbəxindən Ətli yemək resepti.
Bu axşam şam yeməyi üçün Latın Amerikasına gedəcəyik. Ən ekzotik və açılı ləzzətləri ilə məşhur olan Meksikaya aid bir ət yeməyi hazırlayırıq. Sadə düyüyə nəfiz bir ləzzət verən qiyməli asan bir yemək.

Sizi mətbəxdən möhtəşəm şam yeməyi gözləyir. Hazırlıqlara başlayaq...

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

120 dəqiqə

Tərkibi:

  • 4 yemək qaşığı zeytun yağı
  • 1 soğan
  • 1 bibər
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1/2 çay qaşığı kimyon
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı paprika tozu
  • 500 qram mal əti (orta yağlı)
  • 2 stəkan pomidor püresi
  • 2 stəkan bulyon (isti)
  • 1 çay qaşığı tomat pastası
  • 1,5 stəkan Meksika lobyası (qaynadılmış)
  • 2 kvadrat qara şokolad

  • Servis üçün:
  • 1 stəkan turşu jalapeno bibəri
  • 1 çimdik keşniş (və ya cəfəri yarpaqları)
  • 1 dilim limon
  • 1 kasa adi düyü

Hazırlanma qaydası:

1. Soğan, bibər və sarımsağı çox kiçik-kiçik kub formasında doğrayın və kənara qoyun.

2. Ocağın üzərində geniş həcmli və altı qalın olan qazanı qızdırın, üzərinə yağ əlavə edib doğranmış soğan, bibər və sarımsağı qovurun. Tərəvəzlər yumşaq olduqda, bütün ədviyyatları əlavə edin və qızdırılana və aromasını verənə qədər qovurmaöa davam edin.

3. Qiyməni az-az qazana əlavə edin, qiymə suyunu buraxıb xırtıldayana qədər bişirməyə davam edin.

4. Qiyməyə tomat püresi, bulyon və tomat pastasını əlavə edib qarışdırın. Qaynamağa başlayandan sonra ocağın istisini azaldın, qazanın qapağını bağlayın və yemək qatılaşana qədər təxminən 1 saat bişirin. Qapaq balğlı qalsın ki, yemək öz buxarında bişsin. Hərdən qarışdırmağı unutmayın.

5. Yemək qatılaşdıqda, lobya əlavə edin və ən azı 15 dəqiqə birlikdə bişirin.

6. Yeməyi ocaqdan götürməzdən əvvəl tünd şokoladı əlavə edib qarışdırın.

7. Chili con carni servis edərkən, adi düyü, turşu jalapeno dilimləri, yaşıl yarpaqlar və limonla birgə masaya qoyun. Nuş olsun.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz