Yanına da Qatıq: Pazılı Qiyməli Bulqr Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
İspanağı sevənlər üçün ona yaxın dad olan pazılı bir reseptlə gəldik.İncə doğranmış ispanağa çox bənzəyən pazılı bulqur resepti yüksək lif tərkibi ilə doyurucu ,dadlı və sağlıqlı bir yeməkdir. Hazırlanmış hazır qiymə sousunu istənilən sulu yeməklərdə və ya makarona əlavə edərək istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
1 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Pazı ilə bulqur hissəsi üçün:1/2 dəstə pazı başı
4 xörək qaşığı bulqur
1 stəkan isti su
Qiyməli sous üçün:
3 xörək qaşığı maye yağ
150 qram qiymə
1 ədəd soğan
1 ədəd kök
3 ədəd göbələk
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1/2 çay qaşığı kimyon
1 çay qaşığı duz
1 çimdik qara istiot
1/2 stəkan pomidor püresi
2 stəkan isti su
Hazırlanma qaydası:
Qiyməli sousu hazırlamaq üçün soğan,kök və göbələkləri kiçik kub formasında doğrayın.
Böyük bir qazanın içərisinə yağ əlavə edib ocağın üstünə qoyun və ocağı yandırın.Üzərinə qiyməni əlavə edib tünd rəng alana qədər qovurun.
Doğranmış soğan, kök və göbələkləri qazana əlavə edib yüksək odda daha 3-4 dəqiqə qovurmağa davam edin.
Ədviyyatları və pomidor püresini əlavə edib qovurun və qazana az-az qaynar su əlavə edib qarışdırın.
Ocağın istiliyini azaldın və qapağı bağlayıb qatılaşana qədər- təxminən 20-30 dəqiqə bişirin.
Hazırladığınız sousdan 3-4 xörək qaşığı (istədiyiniz qədər) ayırıb kənara qoyun. (Qalanını bankaya və ya saxlama qabına qoyub ,otaq temperaturunda soyudub soyuducuya yerləşdirin və isidərək istədiyiniz zaman istifadə edin)
Pazılı bulqur yeməyi üçün böyük bir tavaya 2-3 xörək qaşığı qiymə sousu, bulqur və qaynar su əlavə edib orta odda bişirin.
Pazı başını doğrayın.
Bulqurlar bişdikdə pazı başı əlavə edib qarışdırın və 3 dəqiqə daha zəif odda bişirib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz