Azərbaycancaaz
Mir.az » Resept » Fərqli resept axtarışında olanlar üçün: Balqabaq pastası resepti

Fərqli resept axtarışında olanlar üçün: Balqabaq pastası resepti

217
asan resept,asan yemək resept,sadə resept
52 calories, 5 grams fat
Fərqli resept axtarışında olanlar üçün: Balqabaq pastası resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Eşitmədiyini söyləmə! Bu resept balqabaq ilə hazırlana biləcək ən yaxşı məzə resepti olmağa namizəddir. Salatından qızartmasına, ana yeməkdən dolmasına qədər hər çeşidinə heyran qaldığımız balqabaq indi möhtəşəm bir məzə olaraq söfrələrimizə gələcək. Əvvəlcə balqabağı çox yüngülcə qızardırıq və yumşaldırıq. Sonra ona dad qatacaq ləzzətli inqrediyentlərlə bir araya gətiririk və blenderdən keçiririk. Son toxunuş qozdur. Bu fərqli və dadlı məzəni mütləq dadın.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

2 dəqiqə

Tərkibi:

3 ədəd balqabaq
1 xörək qaşığı labne pendiri
2 xörək qaşığı süzülmüş qatıq
2 diş sarımsaq
3-4 şüyüd
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Üstü üçün:
1 çay qaşığı kərə yağı
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
5-6 ədəd qoz ləpəsi

Hazırlanma qaydası:

1. Balqabağı soyduqdan sonra kublar şəklində doğrayın və zeytun yağı əlavə edərək qovurun.
2. Yumuşalmış balqabağı və bütün digər inqrediyentləri mətbəx kombaynına qoyun və püre halına salın.
3. Kərə yağında bibəri qızdırın və üzərinə qoz əlavə edin. Sonra servis edin. Nuş olsun.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz