Azərbaycancaaz
Mir.az » Resept » Soyuq günlərdə sevəcəyiniz yaşıl noxudlu sulu yemək resepti

Soyuq günlərdə sevəcəyiniz yaşıl noxudlu sulu yemək resepti

169
asan resept,asan yemək resept,sadə resept
540 calories, 5 grams fat
Soyuq günlərdə sevəcəyiniz yaşıl noxudlu sulu yemək resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Sulu yemək resepti.
Bir çox reseptə rəng və dad qatan xırda noxudu az miqdarda mal əti ilə bişirərək möhrəşəm bir yeməj hazırlayacağıq. Ətli noxud reseptimiz lifli olması sayəsində sizi saatlarla tox saxlaya bilər, kalori baxımından da olduqca münasidir. Möhtəşəm dadını uzun müddət unuda bilməyəcəksiniz.

Bəzi xörəklərin hazırlandığı anda yeyilməsi vacibdir. Noxudlu yeməyimiz onlardan biri deyil. Ona görə də onu daha çox sevəcəksiniz. Əgər bunu bazar ertəsi axşam bişirsəniz, çərşənbə günü nahar üçün də yeyə bilərsiniz. Zəngin və dadlı reseptimizə dəvətlisiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

1 kiloqram yaşıl noxud
2 orta ölçülü kök
1 böyük kartof
1 ədəd soğan
300 qram qiymə
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı tomat pastası
1,5 stəkan isti su
1 çay qaşığı duz

Hazırlanma qaydası:

1. Bişirmək üçün soğanı doğrayın və zeytun yağında qızardın.
2. Kök və kartofu kublar şəklində doğrayın.
3. Soğanlar qızardıqdan sonra qiyməni əlavə edib yaxşıca qovurun.
4. Qızardılmış ətə tomat pastasını əlavə edib, tomat pastasının qoxusu çıxana qədər bir az daha qovurun. Üzərinə noxud, yerkökü və kartof əlavə edin.
5. Pul bibiər və duz əlavə edib qarışdırın. Tərəvəzlərə su əlavə edib 40 dəqiqə az xodda bişirin. Bütün tərəvəzlər yuşalanda yeməyiniz hazır olacaq. Nuş olsun!

Yanında bir kasa qatıqlala əla gedir.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz