Azərbaycancaaz
Mir.az » Resept » Günün Ulduzu: Xırtıldayan Lavaşlı Noxudlu Salat Resepti

Günün Ulduzu: Xırtıldayan Lavaşlı Noxudlu Salat Resepti

47
asan resept,asan yemək resept,sadə resept
610 calories, 6 grams fat
Günün Ulduzu: Xırtıldayan Lavaşlı Noxudlu Salat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Günün istənilən saatı yeyə biləcəyiniz dadlı ,ləzzətli salat reseptimiz var!
Qızılı, sarı rəngli xırtıldayan qızardılmış lavaş parçaları, qatıq, toyuq və ədviyyatların birləşməsindən ibarət bu dadlı salatı yemək olaraq da yeyə bilərsiniz. Tərkibini müxtəlif inqrediyentlər əlavə edərək də zənginləşdirmək mümkündür! Qarğıdalı da çox yaraşar.Odur ki, sizi çox gözlətmədən Mir.az heyrətamiz salat reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

3 ədəd lavş
2 ədəd toyuq filesi (qaynadılmış, xırda doğranmış )
1.5 stəkan noxud
2 stəkan qatıq
2 xörək qaşığı mayonez
2 diş sarımsaq
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Üzəri üçün:
2 xörək qaşığı kərə yağı
1 qaşığı acı bibər tozu
1 çay qaşığı nanə

Hazırlanma qaydası:

İkiyə qatlanmış lavaşı şişə bükün və şişi çıxarıb 1 barmaq qalınlığında lavaşları kəsin. Uclarına su vurub yapışdırın ki ,qızardılan zaman açılmasın. Kəsilmiş lavaşları qızdırılan yağda qızılı rəng alana qədər qızardın.
Ayrı bir dərin qaba xırda doğranmış, qaynadılmış toyuq filesi,qaynadılmış noxud,qatıq, mayonez, əzilmiş sarımsaq, duz və istiot əlavə edib qarışdırın.
Ardı ilə üzərinə qızardılmış lavaşları əlavə edib qarışdırmağa davam edin. (Süfrəyə verilən zaman lavaşları əlavə edin ki, yumşalmasın.)
Süfrəyə verəcəyiniz zaman salatın üzərinə kərə yağında qızardılmış qırmızı bibər və nanə əlavə edib sevdiklərinizlə bölüşə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz