Azərbaycancaaz
Mir.az » Resept » Süfrələrin Bəzəyi : Noxudlu Qiyməli Plov Resepti

Süfrələrin Bəzəyi : Noxudlu Qiyməli Plov Resepti

101
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Süfrələrin Bəzəyi : Noxudlu Qiyməli Plov Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Noxudlu, qiyməli plov kiçik və böyük, demək olar ki, hər kəsin hər yeməkdə yemək istədiyi bir ləzzətdir. Noxudlu plov resepti həmişə sevimli dadlar siyahısında birinci yerdədir. Gəlin onu bu gün süfrəmizdə salamlayaq. İstər şorba ilə, istərsə də turşu və ayranla yeyə bilərsiniz.
Plov hazırlayarkən ən vacib fəndlərdən biri də düyü şəffaflaşana qədər qovurmaqdır.Beləcə düyünüz dənəli olur və onun dadından doymursunuz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 stəkan uzun düyü
500 qram yağlı qiymə
500 qram soğan
1,5 stəkan bişmiş noxud
Duz, sarıkökü, darçın
150 qram kərə yağı
1 çay qaşığı zirə (zövqə görə)
Zirinc, zoğal ( zövqə görə )

Hazırlanma qaydası:

Düyünün üzərinə su və duz əlavə edib 30-40 dəqiqə kənarda saxlayın.
Qiymənin üzərinə su və duz əlavə edib suyu çəkilənə qədər bişirin. Bişdikdən sonra ocaqdan götürüb üzərinə sarıkök əlavə edib qarışdırın. Soğanları incə ,uzun formada doğrayıb qovurun. Qovrulan soğana sarıkök və qiymə əlavə edib qarışdırın.
Düyünü bişirmək üçün qazana su və duz töküb qaynadın. Qaynayan suya yuyulub süzülmüş düyünü və zirəni əlavə edib bişirin. Bişdikdən sonra süzüb üzərinə bişmiş təmizlənmiş noxud əlavə edib qarışdırın.
Qazanın dibinə azca yağ əlavə edib düyünün yarısını qazana tökün və üzərindən qiyməni yayıb zövqə görə zirinc və zoğal əlavə edin. Qalan düyünü də üzərinə əlavə edib darçın və sarıkök səpdikdən sonra üzərinə bir az da əridilmiş yağ gəzdirib ,qapağı örtüb 10 dəqiqə dəmlənməyə qoyun. Dəm aldıqdan sonra servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz