Azərbaycancaaz
Mir.az » Resept » 90 Saniyəyə Hazırlanan Şokoladlı Keks Resepti

90 Saniyəyə Hazırlanan Şokoladlı Keks Resepti

159
asan resept,asan yemək resept,sadə resept
22 calories, 2 grams fat
90 Saniyəyə Hazırlanan Şokoladlı Keks Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Qəfil gələn qonağınıza və ya şirniyyat yemək istədikdə evdə olan ərzaqları qarışdıraraq saniyələr sonra keks hazırlayıb yeyə bilərsiniz. 90 saniyəyə hazırlanan şokoladlı keksin reseptini təqdim edir.ik

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

2 dəqiqə

Tərkibi:

2 xörək qaşığı un
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı kakao
2 xörək qaşığı bitki yağı
5 xörək qaşığı süd
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil

Hazırlanma qaydası:

Bir fincanda un, şəkər tozu, kakao, yağ, süd, qabartma tozu və vanil əlavə edib 1 dəqiqə yaxşı qarışdırın. Fincanı mikrodalğalı sobaya yerləşdirin. Mikrodalğalı sobada 700 vvat gücündə 1,5 dəqiqə bişirin. Sobada bişirəcəksinizsə əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 1,5 dəqiqə bişirin. Şokoladlı keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Evdar.az

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz