Azərbaycancaaz
Mir.az » Resept » Çay Dəmlənmədəb Hazır Olacaq Mürəbbəli Keks Resepti

Çay Dəmlənmədəb Hazır Olacaq Mürəbbəli Keks Resepti

168
asan resept,asan yemək resept,sadə resept
calories, grams fat
Çay Dəmlənmədəb Hazır Olacaq Mürəbbəli Keks Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Rəfdə qışdan qalan mürəbbəniz varsa ondan asan və dadlı keks hazırlayın. Çay dəmlənənə qədər hazır olan mürəbbəli keksin reseptini təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

HAZIRLIQ VAXTI

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

2 stəkan mürəbbə (ağ gilas, ərik və ya cem)
1 çay qaşığı soda
3 ədəd yumurta
yarım stəkan duru yağ (stəkan ölçüsü 200 ml)
2 stəkan un

Hazırlanma qaydası:

Bir qaba istədiyiniz mürəbbə (ağ gilas, ərik və ya cem) töküb üzərinə soda əlavə edib qarışdırın. Daha sonra üzərinə yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Duru yağ da əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Orta hissəsi boşluq olan qəlibi yağlayın və un səpin. Xəmiri qəlibə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişib soyuyan keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Evdar.az

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz