Azərbaycancaaz
Mir.az » Resept » Mürəbbəli Keks Resepti

Mürəbbəli Keks Resepti

269
asan resept,asan yemək resept,sadə resept
1245 calories, 12 grams fat
Mürəbbəli Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Rəfdə qışdan qalan mürəbbəniz varsa ondan asan və dadlı keks hazırlayın. Qonaqlarınız dadına , aromasına heyran qalacaq. Hər zaman süfrələrinizdə dadı ilə öz yerini alacaq.
İnqrediyentləriniz hazırdırsa , buyurun mətbəxə.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

2 stəkan mürəbbə (ağ gilas, ərik və ya cem)
1 çay qaşığı soda
3 ədəd yumurta
Yarım stəkan duru yağ (stəkan ölçüsü 200 ml)
2 stəkan un

Hazırlanma qaydası:

Bir qaba istədiyiniz mürəbbəni (ağ gilas, ərik və ya cem) tökün və üzərinə soda əlavə edib qarışdırın. Daha sonra üzərinə yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Ardı ilə duru yağ da əlavə edib qarışdırmağa davam edin. Unu da hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Orta hissəsi boşluq olan qəlibi yağlayın və un səpin. Xəmiri qəlibə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişib soyuyan keksin üzərinə hazırladığınız mürəbbə şirəsindən və zövqə görə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz