Azərbaycancaaz
Mir.az » Resept » Puf börəyi resepti

Puf börəyi resepti

452
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Puf börəyi resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən börək resepti.
Səhər yeməyindən çay saatına kimi müxtəlif yeməklərdə rahatlıqla təqdim oluna bilən xırtıldayan xəmir resepti puf böreyidir. Hazırlanması olduqca asandır, yalnız xəmirin 45-50 dəqiqə dincəlməsi lazımdır. Bir saat tez dursanız, qızardılmış xəmiriniz hazırdır.

İstər pendirlə, istərsə də qiymə ilə. Bulud kimi qabarıq, nar kimi qızardılmış şirniyyat.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Xəmir üçün:
1 stəkan süd
1 paket qabartma tozu
1 çay qaşığı duz
3,5-4 stəkan un

Daxili üçün:
200 qram ağ pendir
1/3 dəstə cəfəri

Qızartmaq üçün:
2 stəkan günəbaxan yağı

Hazırlanma qaydası:

1. Undan başqa bütün inqrediyentləri birləşdirin və yaxşı qarışdırın.

2. Unu az-az əlavə edin.

3. Yoğurmağa başlayın. Yumşaq, ələ yapışmayan xəmir olmalıdır.

4. Qozdan böyük parçalar götürün və oxlov köməyi ilə açın.

5. İç məhlulu qoyduqdan sonra yarım ay şəklində bağlayın və kənarlarını sıxın.

6. Tavaya yağı töküb qızdırın. Hər iki tərəfini yağda qızardın.

7. Sonra isti servis edin. Nuş olsun?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz