Qonaqlıq Var : Güvəcdə Souslu Kotlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Əminik ki, kotleti sevməyən yoxdur! Çünki hazırlanması hər zövqə və hər büdcəyə uyğundur. Hazırlamaqdan və yeməkdən heç vaxt əl çəkməyəcəyiniz bir dad - güvəcdə holland pendirli kotlet resepti.
Bu dəfə kotletlər əvvəlcədən bişirilir ,güvəcə əlavə olunur və üzərinə ləzzətli sous və sürtgəcdən keçirilmiş holland pendiri səpilib, ləzzətləndirilib sobaya qoyulur.Biz sousda yalnız tərəvəzlərdən pomidor istifadə etdik. Amma müxtəlif tərəvəzlər əlavə etməklə bu ləzzəti zənginləşdirə bilərsiniz. Bu reseptdə göbələk və kök çox yaxşı alınar.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Kotlet üçün:500 qram çəkilmiş mal əti
1 dilim köhnə çörək qırıntıları (üyüdülmüş)
1 ədəd sürtgəcdən keçilmiş soğan
1 çay qaşığı duz
1 çay qaşığı kimyon
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı nanə
1 çay qaşığı qara istiot
Sous üçün:
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qara istiot
2 ədəd pomidor (soyulmuş, doğranmış)
Üzəri üçün:
150 qram sürtgəcdən keçilmiş holland pendiri
Hazırlanma qaydası:
Kotletləri hazırlamaq üçün bütün kotlet inqrediyentlərini böyük bir qaba töküb yoğurun.
Yoğurduğunuz ətdən qoz böyüklüyündə kotletlər hazırlayıb tavada qızdırdığınız yağda qızardın.
Sousu üçün zeytun yağı və kərə yağını əridib əzilmiş sarımsağı və tomat pastasını yaxşıca qızardın. Duz, istiot, kəklikotu və doğranmış pomidoru əlavə edib pomidorlar yumşalana qədər bişirin.
Güvəcləri soba qabına düzüb hər birinə bərabər miqdarda kotlet qoyun və hər birinin üzərinə bişirdiyiniz pomidor sousunu və sürtgəcdən keçirilmiş holland pendirini əlavə edin.
Güvəcləri əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Bişdikdən sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz