Azərbaycancaaz
Mir.az » Resept » Şəfa Şorbası Resepti və Hazırlanma Qaydası

Şəfa Şorbası Resepti və Hazırlanma Qaydası

516
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Şəfa Şorbası Resepti və Hazırlanma Qaydası

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Soyuq payız günlərində içinizi isidəcək ləzzətli və doyurucu bir şorba. Buyurun : Şəfa şorbası

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

* 1 soğan
* 3 diş sarımsaq
* 1 kasa qaynadılmış toyuq (doğranmış)
* 1 çay stəkanı vermişel
* 1 xörək qaşığı un
* 1 xörək qaşığı tomat pastası
* 1 xörək qaşığı kərə yağı
* 2 xörək qaşığı yağ
* 1 stəkan bulyon
* 4 stəkan su
* 1 çay qaşığı duz
* 1 çay qaşığı qara toz bibər

Hazırlanma qaydası:

1. Soğan və sarımsaq incə doğranır. Qazana yağ əlavə edib soğan və sarımsağı qovurun.
2. Kərə yağı əridikdən sonra un əlavə edilir və qoxusu gələnə qədər qovrulur.
3. Tomat pastası əlavə edib qarışdırın.
4. Bulyonu, suyu, qaynadılmış toyuq ətini, duz və istiot əlavə edib qaynayana qədər bişirin.
5. Qaynadıqdan sonra vermişel əlavə edilir. Vermişel yumşaq olana qədər şorba bişirilir.
6. Süfrəyə hazırdır, iştahanız bol olsun?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz