Fərqli dadda “ Badımcanlı Börək “ resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Hazır yağlı xəmirdən ,fərqli dadda “ Badimcanlı Börək “ Hazırlamağa tələsin. Əminəm ki , dadını aldığdan sonra hər zaman hazırlayacaqsız.

NEÇƏ NƏFƏR ÜÇÜN
32 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
4 ədəd yağlı xəmir4 ədəd badımcan
1 ədəd böyük pomidor
2 ədəd qırmızı bibər
2 ədəd yaşıl bibər
1 ədəd soğan
4 xörək qaşığı yağ
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
Toz qırmızı bibər
Sousu üçün;
1 stəkan su
1 xörək qaşığı un
1 xörək qaşığı sirkə
1/2 çay qaşığı yağ
Üzəri üçün:
1 yumurta sarısı
küncüt
Hazırlanma qaydası:
Əvvəlcə içliyi hazırlamaq üçün badımcanların qabığını soyub kiçik kub şəklində doğrayın.
Bir müddət duzlu suda qalıb qara suyu çıxdıqdan sonra suyu boşaldın.
Soğanı,qırmızı və yaşıl bibəri xırda doğrayıb,pomidoru isə kub şəklində kəsin.
Tavaya yağ əlavə edib əvvəlcə soğanı sonra isə bibərləri və pomidoru əlavə edib qovurun.Tomat pastasını,ədviyyatları,badımcanları da əlavə edib badımcanlar,tərəvəzlər yumşalana qədər bişirin. Kənara alıb soyumasını gözləyin
.
Sousu hazırlamaq üçün unu ,sirkəni və duru yağı çırpın. .
Yağlı xəmiri masanın üzərinə açıb zərf şəklində dörd tərərfindən içə doğru qatlayın.Xəmirə iki xörək qaşığı sous töküb yayın.Badımcan içliyindən də xəmirin uzununa töküb nazik olması üçün bərabər şəkildə yayıb rulon şəklində bükün.
Üç barmaq enliyində bükdüyünüz xəmiri kəsib soba qabına yerləşdirin.Yerdə qalan 3 ədəd yağlı xəmiri də eyni bu qaydada hazırlayin.Qalan sousdan xəmirin üstünə çəkin.Sonra yumurtanı çırpıb yenidən xəmirin üzərlərinə çəkib, küncüt səpib,175 dərəcə qızdırılmış sobada yarım saat qızılı rəng alana qədər bişirin
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz