Azərbaycancaaz
Mir.az » Resept » Məşhur Yaponiya deserti ‘’Mochi’’resepti

Məşhur Yaponiya deserti ‘’Mochi’’resepti

370
asan resept,asan yemək resept,sadə resept
55 calories, 5 grams fat
Məşhur Yaponiya deserti ‘’Mochi’’resepti

Yemək Haqqında:

Yaponiya mətbəxindən Şirniyyat resepti.
Artıq restoranlarda yediyiniz məşhur yapon deserti olan ‘’Mochi’’ süfrələrinizdə. Dadı və görünüşü ilə bundan sonra süfrələrinizin vazkeçilməzi olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

Xəmir üçün:
100 qram düyü unu
50 qram şəkər kirşanı
180 ml su
Boya
Qarğıdalı nişastası

İçlik
150 qram krem pendir
1 xörək qaşığı şəkər kirşanı
Çiyələk

Hazırlanma qaydası:

Un, şəkər kirşanı, su və boyanı bir qabın içində qarışdırın.Qabın üzərini streçlə örtüb üzərində bıçaqla xırda deşiklər açın.Mikrodalğalı sobada 45 saniyə bişirin.Çıxarıb yaxşıca qarışdırın və yenidən 45 saniyə bişirin.Bir daha çıxarıb qarışdırdıqdan sonra 20 saniyə bişirin.Streçi açıb son dəfə qarışdırıb kenara alın soyusun. Soyuduqdan sonra qarğıdalı nişastasının üzərinə xəmiri boşaldın.Uzun forma verib 5 eyni hissəyə bölün.

Orijinal reseptdə şəkər kirşanı yoxdur.Mən şirin sevdiyim üçün əlavə etdim.Krem pendir və şəkər kirşanını qarışdırın.Xəmiri əlinizin içində açıb, pendir qoyub üzərinə çiyələyi yerləşdirin.Xəmirin ağzını büküb, yumru forma verin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz