Azərbaycancaaz
Mir.az » Resept » Köz bibərli və quru pomidorlu ‘’Spagetti’’ resepti

Köz bibərli və quru pomidorlu ‘’Spagetti’’ resepti

173
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Köz bibərli və quru pomidorlu ‘’Spagetti’’ resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Axşam yeməklərinde asan və tez hazırlanan ləzzətli,souslu,sarımsaqlı çörək qırıntıları ilə zəngin olan Spagetti hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

250 qram spagetti makaron
3 litr qaynar su
2 xörək qaşığı duz

Sous üçün:

2 ədəd qovrulmuş qırmızı bibər
6 ədəd quru pomidor (yağda isladılmış)
1 diş sarımsaq
3 xörək qaşığı duru yağ

Sarımsaqlı çörək qırıntıları üçün:

6 dilim çörək (sobada qurudulmuş)
2 diş sarımsaq
Yarım dəstə cəfəri
1/3 çay fincanı zeytun yağı

Hazırlanma qaydası:

Spagettini qaynar duzlu su ilə bir qazana atın.
Bütün sous inqrediyentlərini kiçik doğrayıcıda və ya blenderdə püre halına salıb bir qaba qoyun.
Ardınca qızardılmış çörək və sarımsaq qarışığını da toz halına salıb hazırlayın.
Spagetti bişmeyə başlayanda bibər sousunu böyük tavaya qoyub spagetti suyunu az-az əlavə edin.
Ayrı bir kiçik tavada çörəyi az odda bir az daha qızardın.
Spagetti tam bişməmişdən əvvəl hamısını sousun içinə qoyub az-az makaron suyunu əlavə etməyə davam edin.
Spagetti tamamilə sousla örtüldükdə onu ocaqdan götürüb üzərinə sarımsaqlı çörək qırıntılarını , zövqə görə bir az da zeytun yağı əlavə edib süfrəyə verə bilərsiz.

NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz