Azərbaycancaaz
Mir.az » Resept » ‘’Lavaşda Tənbəl Tantuni ‘’ resepti

‘’Lavaşda Tənbəl Tantuni ‘’ resepti

85
asan resept,asan yemək resept,sadə resept
120 calories, 1 grams fat
‘’Lavaşda Tənbəl Tantuni ‘’ resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Dadına doya bilməyəcəyiniz , həmişə arzu edəcəyiniz bir dad - Lavaşda Tənbəl Tantuni

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

Qiymə üçün:
2 xörək qaşığı duru yağ
150 qram orta yağlı mal əti
2 diş doğranmış sarımsaq
1 çay qaşığı duz
1.5 çay qaşığı kimyon
1.5 çay qaşığı qırmızı bibər tozu
1 ədəd doğranmış bibər ( zövqə görə şirin və ya acı )
1 ədəd doğranmış pomidor
1 ədəd lavaş

İçərisi üçün:
1/4 dəstə doğranmış cəfəri
1/4 doğranmış pomidor
1/4 incə doğranmış sumaxlı soğan

Hazırlanma qaydası:

Yağı tavada qızdırın. Çəkilmiş mal əti qiyməsini qızartmağa başlayın.
Rəngləri dəyişməyə başlayan kimi qiyməyə sarımsaq və ədviyyati,doğranmış bibər və pomidorları əlavə edib qarışdırın.
Bibər və pomidor qiymə ilə yaxşıca bişdikdən sonra qabı ocaqdan götürün.
Lavaşı qiymənin yağına batırıb dəzgahın üstünə qoyun.
İçində hazırladığınız qiyməni qaşıq-qaşıq istədiyiniz qədər əlavə edin.Üzərine doğranmış cəfərini , sumağı , soğanı və xırda doğranmış pomidoru əlavə edin.
Yaxşı bükün və yarıya bölüb servis edin.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz