‘’Petit Beurre ‘’tortu resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çay süfrələrinizi görünüşü və dadı ilə bəzəyəcək Petit Beurre tortu.
Çay süfrələrinizi görünüşü və dadı ilə bəzəyəcək Petit Beurre tortu.
NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1 paket kakaolu petit beurre peçeniyə3 ədəd banan
Krem üçün:
1 litr süd
1 stəkan şəkər tozu
1 stəkan un
1 xörək qaşığı qarğıdalı nişastası
1 xörək qaşığı kərə yağı
bir paket vanil
Hazırlanma qaydası:
Əvvəlcə krem üçün lazım olan südü qazana töküb üzərinə şəkər və un əlavə edin. Çırpıcının köməyi ilə yaxşıca çalıb yenidən nişasta əlavə edib ocağa qoyun. Davamlı qarışdıraraq bişirin və yaxşı qatılaşdıqdan sonra ocağı söndürüb kərə yağı və vanili əlavə edin. Kərə yağı əriyənə qədər qarışdırın.
Şüşə qabın içinə bir sıra kakaolu peçenye düzüb üzərini kremləyib, dairəvi şəkildə dilimlədiyiniz bananları düzüb üstünə yenidən bir sıra peçenye düzün.
Qalan kremi tökdükdən sonra üstünü hamarlayın və qalan biskvitləri doğrayıcıdan keçirdib tortunuzun üzərinə səpin. İstəsəniz əllə də qıra bilərsiniz.
Soyuducuda 3 saat gözlədikdən sonra dilimlənmiş bananlarla servis ede bilərsiz.
NUŞ OLSUN ?

Şərhlər 0
Şərh Yaz