Azərbaycancaaz
Mir.az » Resept » Sobasız , Az Ərzaqla Bişməyən Tort Resepti

Sobasız , Az Ərzaqla Bişməyən Tort Resepti

46
asan resept,asan yemək resept,sadə resept
120 calories, 12 grams fat
Sobasız , Az Ərzaqla Bişməyən Tort Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Tort hazırlamaq üçün pandispaniya, krem hazırlamağa , uzun -uzadı gözləməyə ehtiyac yoxdur! Daha az inqrediyentlə indiyə qədər hazırladığınız ən dadlı, yumşaq tortlardan birini hazırlamağa hazır olun. Lazım olan inqrediyentləri bir araya gətirib qısa zamanda tort hazırlaya bilərsiz. Sobadan istifadə etmədən hazırlanan dadlı,bişməmiş tort reseptini mir.az saytı təqdim edir.
Şirniyyat hazırlamağı yeni öyrənənlər və qısa zamanda tort hazırlamaq istəyənlər üçün əla bir reseptdir. Sizə lazım olan tək şey onun soyuması üçün səbrli olmaqdır.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

  • 1.5 paket Kakaolu Petibor ( Petit Beurre )peçenyesi
  • 3-4 xörək qaşığı ərimiş yağ
  • 1/2 stəkan süd
  • 1 stəkan doğranmış fındıq (zövqə görə )

  • Krem üçün:
  • 1 paket bişməmiş vanil pudinqi
  • 1 paket krem şanti
  • 2 stəkan soyuq süd
  • 1.5 stəkan Hindistan cəvizi tozu ( kokos )

  • Üzərinüçün:
  • 100 qram tünd şokolad

Hazırlanma qaydası:

Peçenye və fındıqları doğrayıcıdan keçirdib böyük bir qaba qoyun.Üzərinə ərinmiş kərə yağı və süd əlavə edib əlinizlə və ya qaşıqla yaxşıca qarışdırın.
Dəyirmi kələpçəli tort qəlibinin altına yağlı kağız sərib qarışığı əlavə edin və stəkanın köməyi ilə möhkəm basdırıb soyuducuya qoyun.
Əvvəlcə 1 stəkan süd və krem şantini mikserlə çalın. Daha sonra pudinq və 1 stəkan südü eyni şəkildə çalıb üst -üstə töküb qaşıqla ( spatula ilə ) qarışdırın.
Sonra Hindistan cəvizi tozunu əlavə edib qarışdırmağa davam edin.
Qarışığı qəlibdəki peçenyenin üzərinə töküb üstünü hamarlayın.
Üzərini streçlə örtüb ən azı 3-4 saat , mümkünsə bir gecə soyuducuda saxlayın.
Soyuducuda qalan tortun kənarlarını bıçaqla ehtiyatla sıyırıb qəlibdən çıxarın.
Üstünə sürtkəcdən keçilmiş tünd şokolad səpib, dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz