Azərbaycancaaz
Mir.az » Resept » “Kartoflu, Köklü Mantı“ Resepti

“Kartoflu, Köklü Mantı“ Resepti

306
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
“Kartoflu, Köklü Mantı“ Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
İçərisində xəmir olmayan, kartof və kökün birləşməsindən alınan çox doyurucu,ləzzətli bir yemək -“ Kartoflu,Köklü Manti “

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:


    Mantı üçün:
  • 4 ədəd kartof
  • 2 ədəd kök
  • Yarım dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 2 xörək qaşığı zeytun yağı

  • Üzəri üçün:
  • 3 diş sarımsaq
  • 2 stəkan qatıq
  • 1 xörək qaşığı tomat pastası
  • 1 xörək qaşığı zeytun yağı
  • 100qr qiymə
  • 1 çimdik duz
  • 1 çimdik qara istiot tozu

Hazırlanma qaydası:

Kartofu yuyub bişməyə buraxın.Kartof bişənə qədər kökün qabığını soyub sürtgəcin ən nazik tərəfi ilə rəndələyin.Kiçik bir tavaya zeytun yağı töküb kök yumşalana qədər qızardın.
Bişmiş kartofun qabığını soyub püre halına gətirin.Ardıcıllığla xırda doğranmış cəfərini və qızardılmış yerkökünü əlavə edib qarışdırın.Ədviyyatları da əlavə edib yoğurduqdan sonra əllərinizi isladın.Bu qarışımdan xırda-xırda toplar düzəldib bir qaba yerləşdirin.
Zeytun yağını və qiyməni tavaya tökün. Üzərinə tomat pastasını əlavə edib yüngülcə qızardın. Ardınca ədviyyatları və suyu əlavə edib 4-5dəqiqə sonra ocağın altını söndürün.
Sarımsağı sürtgəcdən keçirib duz əlavə edib qarışdırın. Hazırladığınız sarımsaqlı qatığı və ardınca qiyməli sousu kartof toplarının üzərinə töküb servis edə bilərsiz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz