Azərbaycancaaz
Mir.az » Resept » Mantı Qısqandı: Sobada Lavaşlı Mantı Resepti

Mantı Qısqandı: Sobada Lavaşlı Mantı Resepti

368
asan resept,asan yemək resept,sadə resept
1 nimçə25 calories, 1 nimçə grams fat
Mantı Qısqandı: Sobada Lavaşlı Mantı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Mantı resepti.
Mantı çox dadlı yeməkdir.Məncə, çoxumuz bununla razılaşırıq.Amma bir az çətin olduğu üçün dar zamanımızın xilaskarı olmaya bilər.Belə vaxtlarda tez hazırlaya biləcəyiniz,asan mantı reseptimiz var.Təbii ki, vaxt az olanda xəmiri açıb mantı hazırlayanlar,şübhəsiz ki, var. Amma MİR.az bu gün mantı hazırlamağa vaxtı olmayanlar üçün alternativ lavaşlı mantı reseptini təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nimçə nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 250 qram mal əti qiyməsi
  • 1 ədəd soğan (doğranmış)
  • 2 xörək qaşığı cəfəri (doğranmış)
  • 1 diş sarımsaq (əzilmiş)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 4 ədəd lavaş
  • 1 xörək qaşığı maye yağ
  • 2 xörək qaşığı tomat pastası
  • 2 xörək qaşığı kərə yağı
  • 1 diş sarımsaq
  • 1 stəkan qatıq

Hazırlanma qaydası:

Qiyməni, soğanı, cəfərini, sarımsağı və ədviyyatları bir qaba əlavə edib yoğurun.
Lavaşı mətbəx dəzgahının üzərinə yayın və altdan 5 barmaq boşluq buraxın və boşluq qoyduğunuz hissəyə zolaq şəklində yoğruduğunuz qiyməni yayın.
Qiymənin üstünü lavaşla örtüb yanlarından 2 barmaq qalınlığında qatlayıb rulon şəklində bükün və 2 barmaq enində kəsin.
Qatığı çalın və üzərinə əzilmiş sarımsağı əlavə edib qarışdırın.
Kərə yağını əridin və içinə tomat pastasını əlavə edib qovurun.
Soba nimçəsini yağlayın və kəsdiyiniz lavaşları düzüb üzərinə yağ çəkin və 195 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Bişmiş mantıların üzərinə sarımsaqlı qatıq və tomat pastasını əlavə edib servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz