Azərbaycancaaz
Mir.az » Resept » Arıqlamaq istəyənlər üçün “Dietik Detoks“ salatı resepti

Arıqlamaq istəyənlər üçün “Dietik Detoks“ salatı resepti

90
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Arıqlamaq istəyənlər üçün “Dietik Detoks“ salatı resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Sağlıqlı , içindəki meyvə və tərəvəzlərin birləşməsindən alınan əsrarəngiz dad və görünüşlü “Dietik Detoks “salatı.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 400 qram körpə ispanaq
  • 120 qram çiyələk
  • 2 ədəd yaşıl alma
  • 50 qram təzə nanə
  • 50 qram təzə reyhan
  • 50 qram cəfəri
  • 50 qram kərəviz yarpağı
  • 1 ədəd xiyar yüz
  • 2 ədəd xırda pomidor
  • 80 qram maş

  • Portağal sousu üçün:
  • 100 qram təzə sıxılmış portağal suyu
  • 150 qram zeytun yağı
  • 1 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Maşın üzərinə su əlavə edib 20 dəqiqə qaynadıqdan sonra suyunu boşaldıb soyuması üçün kənarda saxlayın.
Salatın sousu üçün təzə sıxılmış portağal suyu və şəkər tozunu kiçik bir qarışdırıcı qabda az-az əlavə etdiyiniz zeytun yağı ilə qatı bir tutarlılıq əldə edənə qədər qarışdırın.
Saplarını çıxardığınız çiyələkləri, yaşıl almaları və xiyarları böyük kublara kəsin.
Bol suda yuyub qurutduğunuz ispanağı salat qabına qoyun.Kəsilmiş çiyələkləri və yaşıl alma dilimlərini əlavə edin.
Hazırladığınız portağal sousu ilə ispanağa kərəviz yarpağı, təzə nanə, təzə reyhan və cəfəri əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız detoks salatını servis qablarına böldükdən sonra kənarlarına küp xiyar və yarıya qədər doğranmış pomidorları qoyun.
Üzərlərinə qaynadılmış maşları töküb gözləmədən süfrəyə verin.

NUŞ OLSUN ?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz