Sobada “ Holland Pendirli Göbələk “ resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Ləzzətinə doyum olmayan,dadli həm sobada həm də tavada bişirə biləcəyiniz “Holland Pendirli Göbələk “.Günün ulduz yeməyinə çevriləcək , əminəm.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1,5 xörək qaşığı kərə yağı8 ədəd göbələk
2 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı kəklikotu
80 qram holland pendiri (dilimlənmiş)
Hazırlanma qaydası:
Tavada 1,5 xörək qaşığı kərə yağını əridib üzərinə 8 ədəd doğranmış göbələk saplarını ( göbələyin barmaq formasında olan hissəsi) əlavə edib sote edin.Üzərinə doğranmış 2 diş sarımsağı da əlavə edib prosesi 3-4 dəqiqə davam edin.
Sonda göbələklərin üzərinə duz,qara istiot və kəklikotu əlavə edib tavanı ocaqdan götürün.
Sapları çıxan 8 göbələyi sobayadavamlı bir qaba qoyun.Üzərinə qızardılmış göbələk saplarını və dilimlənmiş holland pendirini qoyun.
180 dərəcə qızdırılmış sobada holland pendiri əriyənə qədər, təxminən 15 dəqiqə bişirin.Sobadan çıxarıb isti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz