Azərbaycancaaz
Mir.az » Resept » Bol vitaminli “İsti Göyərti“ yeməyi resepti

Bol vitaminli “İsti Göyərti“ yeməyi resepti

121
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Bol vitaminli “İsti Göyərti“ yeməyi resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bol vitaminli, dadına dad çatmayan, yeyildiyi zaman damaxda xüsusi ləzzət buraxan “ sti Göyərti“ yeməyi. Hazırlamamisizsa ,indi hazırlamağın vaxtıdır.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 2 dəstə qulancar
  • 1 dəstə pazı başı
  • 4 diş sarımsaq
  • 5 xörək qaşığı zeytun yağı və ya kərə yağı
  • 1 çay qaşığı duz

    Üzəri üçün:
  • 1 diş sarımsaq
  • 1 kasa qatıq
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

Dərin bir qazana bol su töküb qaynamağa başlayanda suya 4 diş sarımsağı (qabığı ilə),qulancarı atın. Qulancar yumşalana qədər qaynadın.
Kənarda tavaya zeytun yağı töküb azca dağ etdikdən sonra üzərinə qırmızı toz bibəri də əlavə edib 2 dəqiqə sonra ocağı söndürün.
Qulancar bişdikdən sonra qaynar sudan çıxarıb soyuq suyun altına atın ki, yaşıl rəngini saxlasın. İçinə qoyduğunuz sarımsağı da götürüb kənara qoyun.
Pazını yuyub incə doğrayın.Tavada yağı dağ edib üzərinə pazını atıb ara -sıra qarıştıraraq bişirin.
Qızardılmış və bişmiş pazıya qaynatdığınız qulancar və duz əlavə edib yaxşıca qarışdırın.
Bir kasada bişirdiyiniz sarımsağı əzib üzərinə qatığı əlavə edin( Sarımsağın dadı daha kəskin gəlsin istəyirsizsə 1 diş çiy sarımsaq əzib əlavə edə bilərsiz).
Pazı və qulancar qarışığını isti-isti qaba qoyun. Üzərinə sarımsaqlı qatıq töküb zeytun yağında qızartdığınız qırmızı bibəri səpərək servis edin.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz