Yemək süfrələrinin arzu edilən yeməyi "Bibərli Kotlet" resepti
Yemək Haqqında:
NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
- 300 qram quzu qiymə
- 350 qram orta yağlı dana qiymə
- 1 ədəd qırmızı bibər
- 1 ədəd yaşıl bibər
- 1 ədəd soğan
- 1 dəstə cəfəri
- 2 diş sarımsaq
- 1 yumurta
- 2 dilim çörək qırıntıları
- 2 çay qaşığı qırmızı bibər tozu
- 1 çay qaşığı qara bibər tozu
- 1 çay qaşığının ucu ilə kimyon
- Duz
Servis üçün: - 4-5 ədəd yaşıl bibər
- 3-4 ədəd pomidor
- 1 ədəd qırmızı soğan
Hazırlanma qaydası:
- Əvvəlcə soğan və sarımsaq incə doğranır.
- Qırmızı və yaşıl bibərin toxumları çıxarılır və çox kiçik parçalara kəsilir.
- Cəfəri xırda doğranır.
- Kotlet üçün bütün inqrediyentlər uyğun bir qaba alınır və yaxşıca yoğrulur.
- Soyuducuda yarım saat saxladıqdan sonra çıxarıb qızdırılmış tavada hər iki tərəfini qızardın.
- İstəsəniz qırmızı soğan, qızardılmış yaşıl bibər və pomidorla servis edə bilərsiz.
NUŞ OLSUN ?.
Şərhlər 0
Şərh Yaz