Azərbaycancaaz
Mir.az » Resept » Şəfa dolu “ Qatıqlı Tərəvəz Şorbası “ resepti

Şəfa dolu “ Qatıqlı Tərəvəz Şorbası “ resepti

71
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Şəfa dolu “ Qatıqlı Tərəvəz Şorbası “ resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Soyuq aylarda içinizi isidəcək , bol vitaminli , şəfa dolu “ Qatıqlı Tərəvəz Şorbası”

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

1 ədəd qırmızı bibər
1 ədəd yaşılbibər
1 ədəd kök
1 ədəd kabaçki
1 ədəd kartof
1 ədəd soğan
1 diş sarımsaq
5,5 stəkan qaynar su
Yarım dəstə şüyüd
7-8 xörək qaşığı qatıq
1 xörək qaşığı un
Duru yağ
Duz

Hazırlanma qaydası:

Əvvəlcə bütün inqrediyentləri kub şəklində doğrayın.
Yağı uyğun qazana töküb soğan və sarımsağı qovurun.
Üzərinə digər doğranmış tərəvəzləri də əlavə edib 5 dəqiqə qovurduqdan sonra qaynar su əlavə edib qapağını bağlayıb qaynamağa qoyun.
Bu arada qatığı unla birlikdə çırpın.
Qaynayan şorbadan qatıq qarışığının içinə töküb yenidən çırpın.
Sonra qarışığı qazana əlavə edib qaynayana qədər qarışdırın.
Qaynadıqdan sonra duzu atıb bir az qarışdırıb ocağı söndürün.
Üzərinə xırda doğranmış şüyüd əlavə edikdən sonra şorba servisə hazırdır.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz