Türkiyə Mətbəxindən : Doyumlu Tutmaç Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Türk mətbəxinin dadlı yeməklərindən biri də Tutmaç şorbasıdır. Mərcimək və qatığın turş dadı birləşdiyində faydalı olduğu qədər doyurucu bir şorba ortaya çıxır. Mir.az dadlı və faydalı şorbanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 stəkan bişmiş yaşıl mərcimək1 stəkan bişmiş noxud
1 stəkan əriştə (kəsilib qurudulmuş)
2 stəkan qatıq
1 ədəd yumurta sarısı
1 xörək qaşığı un
1 ədəd soğan
Üzəri üçün:
2 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 dolu xörək qaşığı nanə qurusu
Hazırlanma qaydası:
İlk öncə bir qazana bişmiş (suyu süzülmüş) mərcimək,bişmiş noxud,qabığı soyulmuş bütöv halda soğan və 2 litr su əlavə edib ocağa qoyun. Qaynayan zaman şorbaya əriştəni də əlavə edin.
Dərin bir kasada qatıq, yumurta sarısı və unu (qovrulmuş un da istifadə edə bilərsiniz) yaxşıca çırpın. Daha sonra qaynayan şorbadan bir-iki qaşıq qatıqlı qarışığa əlavə edib qarışdırın. İlıq qarışığı şorbaya töküb qaynayana qədər dayanmadan qarışdırın və əriştələr yumşalıb bişənə qədər şorbanı qaynadın.
İçərisindən soğanı götürüb ocağı söndürün.
Üzəri üçün bir tavaya yağları töküb qızdırın və üzərinə nanə qurusunu da əlavə edib ocağı söndürün. Şorbanın üzərinə nanəli yağı da əlavə edib kasalara bölüşdürə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz