Toyuqlu Börək resepti
Yemək Haqqında:
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3 ədəd yağlı xəmir3 ədəd toyuğun döş əti
2 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 ədəd soğan
3 xörək qaşığı zeytun yağı
200 qram göbələk
1/2 çay qaşığı qırmızı bibər tozu
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
Sous üçün: ( həm üzəri ,həm də içərisi üçün )
1 ədəd yumurta
1 stəkan süd
1 stəkan duru yağ
Hazırlanma qaydası:
Əvvəlcə toyuğun döş ətini qaynadıb,doğrayıb kənara qoyun.
Göbələkləri ortadan bölüb yağsız tavada suyu çıxana qədər bişirin.
Sonra 2 xörək qaşığı yağ əlavə edib soğan və bibəri qovurun.Üzərinə toyuq ətini, tərəvəz qarışığını əlavə edib qarışdırın.
Sous üçün (üzərinə və içinə çəkmək üçün ) yumurtanı , südü , yağı qarışdırıb çalın.
Xəmirin birinci qatını masanın üstünə qoyub üzərinə sousu sürtün. İkinci xəmiri də eyni şəkildə hazırlayın. Üçüncü xəmiri qoyduqdan sonra sousu yenidən tətbiq edib içliyi töküb yayın ( künclərı qatlanacağı üçün oraya içlik tökməyin ).
Dörd barmaq qalınlığında xəmirin kənarlarını örtüb rulon kimi bükün. Üzərinə yenidən sousu çəkin.
İstəsəniz qara zirə və ya küncüt də səpə bilərsiniz. Sobada 180 dərəcədə yaxşı qızarana qədər bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz