“ Makaron Salatı “ resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
“ Makaron Salatı “ makaronun ən gözəl halıdır deyə bilərəm. Həm doyurucu , həm asan hazırlanan , həm də vitaminli yemək istiyirsizsə, hazırlamağa dəyər.
“ Makaron Salatı “ makaronun ən gözəl halıdır deyə bilərəm. Həm doyurucu , həm asan hazırlanan , həm də vitaminli yemək istiyirsizsə, hazırlamağa dəyər.
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
12 dəqiqəTərkibi:
1 paket buruq makaron1 stəkan konservləşdirilmiş qaynadılmış qarnir(kartof,kök,qarox) ( istəsəniz özünüz də bir ədəd kartof,bir ədəd kök bişirə bilərsiz )
6 ədəd turşu xiyar
Yarım dəstə şüyüd
1/2 stəkan süzmə qatıq
1 stəkan qatıq
1 xörək qaşığı mayonez
2 xörək qaşığı zeytun yağı
(makaronu qaynatmaq üçün)
1 çay qaşığı nanə (istəyə görə)
1 çay qaşığı duz
Hazırlanma qaydası:
1 paket makaronu qaynar suda 10-12 dəqiqə bişirin. Suyunu süzüb soyuması üçün kənara qoyun.
Salatın sousunu hazırlamaq üçün bir qabda 1 stəkan qatıq,yarım stəkan süzülmüş qatıq,1 xörək qaşığı mayonezi qarıştırın.
Sousu qaynadılmış makarona əlavə edin.
Sonra bir ovuc doğranmış şüyüd,6 ədəd doğranmış turşu xiyar və 1 stəkan konservləşdirilmiş qarnirdən salata əlavə edib yaxşıca qarışdırın.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz