Azərbaycancaaz
Mir.az » Resept » Türklərin Məşhur Tatlısı - Sütlaç Resepti

Türklərin Məşhur Tatlısı - Sütlaç Resepti

115
asan resept,asan yemək resept,sadə resept
631 calories, 6 grams fat
Türklərin Məşhur Tatlısı - Sütlaç Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Arzuolunan dad: Düyü ilə südün birləşməsindən yaranan, dadı damaqda qalan Sütlaç.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

31 dəqiqə

Tərkibi:

1 stəkan yumru düyü
1 litr isti su
1 litr süd
1 stəkan şəkər tozu
2 yemək qaşığı buğda nişastası
1 stəkan su

Hazırlanma qaydası:

Yuduğunuz düyünü qazana qoyub 1 litr qaynar su əlavə edərək vam odda bişirməyə başlayın. Bu zaman ara -sıra qarışdırın.
Düyü suyu özünə çəkib bişdiyi zaman ​ona süd əlavə edib qaynayana qədər vaxtaşırı zəif odda bişən kiçk qarışdırmağa davam edin.
Sonra şəkər əlavə edib 4-5 dəqiqə daha aşağı istilikdə belə qaynadın.
1 stəkan su ilə nişastanı qarışdırıb qazana əlavə edin. Az-az tökərək əlavə etsəniz, yığılma riskinin qarşısını almış olarsınız.
Qarışdırdıqdan sonra bir az qatılaşana qədər bişirin. Belə 1-2 dəqiqə daha gözləyib ocaqdan götürün.
Sütlaçı çömçə ilə qablara yayın. Düyü dibinə çökməsin deyə, hər çömçədən əvvəl bir dəfə qarışdırın.
Otaq temperaturunda soyuduqdan sonra ən azı 2 saat ən yaxşısı axşama qədər soyuducuda saxlayın və süfrəyə verməzdən əvvəl soyuducudan çıxarıb üzərinə darçın səpib süfrəyə verin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz